“Azərbaycan Hava Yolların”a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində ağır yaralanan 3 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

"Unikal" xəbər verir ki, yaralıları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Həmin yaralılar "Yeni klinika"ya yerləşdiriliblər.

***20:52

Aktau yaxınlığında baş verən təyyarə qəzasında xəsarət alan və 6 gün reanimasiya şöbəsində müalicə olunan üç Azərbaycan vətəndaşı xüsusi təyyarə ilə vətənə göndərilib.

"Unikal" xəbər verir ki, xəsarət alanlar dekabrın 25-dən Manqistau vilayətinin çoxprofilli xəstəxanasının reanimasiya şöbəsində müalicə olunurdular.

Hazırda Manqistau vilayət çoxprofilli klinikasında təyyarə qəzasında xəsarət alan xəstələr yoxdur.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.