Ötən il dekabr ayının 24-də səhər saatlarında Zərdabda Kür çayında batan 2011-ci il təvəllüdlü Kərimli Saray Sərvan qızının meyiti tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə FHN-nin məlumatında deyilir.
"24 dekabr 2024-cü il tarixində Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində batan vətəndaş - 2011-ci il təvəllüdlü Kərimli Saray Sərvan qızının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə məlumatda qeyd olunur.