Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hotelində aparılmış işlərlə tanış olublar.
"Unikal"ın məlumatına görə, Prezident və ailə üzvləri Şahdağ Turizm Kompleksinin ziyarətçiləri ilə də bir araya gəlib, səmimi fotolar çəkdiriblər.