Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Ağdaş şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.