Sabirabad rayonunda yanğın hadisəsi qeydə alınıb. Fərdi yaşayış evi əşyaları da daxil olmaqla yanıb.
"Unikal" xəbər verir ki, yanğın hadisəsi ötən gün gecə saatlarında rayonun Qruzma kəndində qeydə alınıb. Əlixuda Mirzəyevə məxsus fərdi yaşayış evində başlayan yanğın qısa müddətdə şiddətlənib. Hadisə zamanı ev yanar kanstruksiyaları və əşyaları ilə birlikdə yararsız hala düşüb.
Hadisə yerinə Sabirabad rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.