Yeni il gecəsi Luiziana ştatının Nyu-Orlean şəhərinin mərkəzində terror aktı törədən şəxs hadisədən iki gün əvvəl İgl-Pass şəhəri yaxınlığından Meksika sərhədindən keçərək ABŞ-a daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
CBS telekanalı isə şübhəlinin adının Şəmsud Din Cabbar olduğu haqda məlumat yayıb. Bu məlumatı iki federal məmur telekanala təsdiqləyib.
Hüquq mühafizə orqanları şübhəlinin xarici terror təşkilatları ilə əlaqəsi olub-olmadığını araşdırır.
XXX
18:30
Xəbər verdiyimiz kimi, yanvarın 1-nə keçən gecə yerli vaxtla təxminən 3:15-də ABŞ-nun Nyu-Orlean şəhərində avtomobil izdihama çırpılıb.
"Unikal" "NBC News"a istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, ən azı 35 nəfər yaralanıb.
Sürücü daha sonra polisə atəş açıb və iki polis əməkdaşını vurub.
Avtomobilin sürücüsünün kimliyi və motivləri hələlik məlum deyil.
Nyu-Orlean şəhərinin meri LaToya Kantrell hadisəni terror aktı adlandırıb.
Kantrell jurnalistlərlə keçirdiyi brifinq zamanı terror aktı ilə bağlı öz versiyasını açıqlayıb.
FTB-nin Nyu Orleandakı sözçüsü Alethea Duncan daha sonra bildirib ki, istintaqın hazırkı mərhələsində insident terror aktı hesab edilmir. O əlavə edib ki, hadisə yerində əldəqayırma partlayıcı qurğu aşkarlanıb.
XXX
16:35
ABŞ-ın Yeni Orlean şəhərində avtomobilin insan izdihamının üzərinə sürülməsi nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
İlkin məlumata görə, sürücü avtomobili qəsdən insanların üzərinə sürüb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.