“Qazaxıstan Aviasiya Administrasiyası” SC “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) reysinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasından sonra hava limanlarında və təyyarələrdə plandankənar yoxlamalar aparacaq, habelə uçuş heyətinin kvalifikasiyası həyata keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat verib.
“Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovun tapşırığına uyğun olaraq, Qazaxıstanın Aviasiya Administrasiyası ASC hava limanlarının və hava gəmilərinin texniki vəziyyətinin plandankənar auditini həyata keçirəcək, habelə Qazaxıstan aviaşirkətlərinin təyyarələrinin ekipajlarının ixtisaslarını, icazələrini və səlahiyyətlərini yenidən yoxlayacaq”, - deyə nazirlikdən bildirib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2024-cü il dekabrın 28-də keçirdiyi müşavirədə insidentdən sonra ölkədə aviasiya təhlükəsizliyinin vəziyyətinin öyrənilməsinin vacibliyinə işarə edib.