ABŞ Prezidenti Co Bayden ən azı 15 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı Luiziana ştatının Yeni Orlean şəhərinə gedəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər yanvarın 6-da baş tutacaq.
ABŞ prezidenti və xanımı terror aktı zamanı həlak olanların ailələri, habelə yerli hakimiyyət nümayəndələri ilə görüşəcəklər.