Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Bu barədə "Unikal"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Hal-hazırda yollardakı vəziyyət: 
 1. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
 4. Zərifə Əliyeva küçəsində;
 5. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 8. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;
 9. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.