ABŞ və Qərb koalisiyasının yeni hərbi bazası Suriyanın Fəratın şərq sahilindəki Ayn əl-Ərəb (Kobani) şəhəri ərazisində yaradılır.

"Unikal" xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. 

Məlumata görə, ötən ilin dekabr ayının sonundan indiyədək Suriya-İraq sərhədində yerləşən Əl-Valid keçid məntəqəsindən bu bölgəyə sement blokları, elektrik generatorları, yanacaq çənləri və döyüş sursatları ilə dolu 300-ə yaxın yük maşını gətirilib. Hərbi texnika, yığma konstruksiyalar və buldozerlər daşıyan 50 yük maşınından ibarət karvan da çərşənbə günü əraziyə gəlib.