Yanvarın 4-ü Türkiyənin şərqindəki Malatya vilayətində 4 bal gücündə zəlzələ baş verib.

"Unikal" Türkiyə Daxili İşlər Nazirliyi yanında Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla saat 10:35-də qeydə alınan yeraltı təkanların episentri Darende bölgəsində yerləşib. Zəlzələnin ocağı 10,43 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.