Prezident nazirlərə ciddi tapşırıqlar verdi
20:09 19-07-2013
CƏMİYYƏT
Prezident nazirlərə ciddi tapşırıqlar verdi
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açıb.
İlin 6 ayının göstəricilərinin müsbət olduğunu, qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini deyən Prezident İlham Əliyev bildirib ki, bu göstəricilər ilin sonuna qədər müsbət dinamikanın qorunacağını deməyə əsas verir. İlin birinci yarısında Ümumi Daxili Məhsul 5 faiz , qeyri -neft sektoru təxminən 11% artıb. Əsas hədəfin qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarət olduğunu qeyd edən dövlət başçısı bu istiqamətdə çox ciddi nailiyyətlərin əldə edildiyini, qeyri-neft sektorunda gedən proseslərin iqtisadiyyatın ümumi inkişafının təzahürü olduğunu vurğulayıb. Qeyd edilən dövr ərzində kənd təsərrüfatı sahəsində təxminən 5% səviyyəsində artım olub, ölkə iqtisadiyyatına qoyulan sərmayələr xeyli artıb . Dövlət başçısı qeyd edib ki, xarici investorların Azərbaycana inamı ölkənin ümumi inkişfını əks etdirir.
"12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir. Əgər bu temp saxlanıla bilsə ilin sonuna kimi bu sərmayələrin səviyyəsi 25 milyard dollara çatacaq", - deyən Prezident İlham Əliyev onu da bildirib ki, hər qoyulan vəsait ölkə iqtisadiyyatına xidmət göstərir, yeni iş yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi qüdrətini artırır. Bu gün Azərbaycan artıq başqa ölkələrin iqtiasadiyyatına sərmayələr qoyur. Prezident İlham Əliyev qeyd edib ki, valyuta ehtiyatlarımız ildən ilə artır və bu gün 48 milyard dollardan çoxdur. Ölkədə aparılan islahatların dünyanın aparıcı maliyyə qurumları tərəfindən də təqdir edildiyini vurğulayan dövlət başçısı bildirib ki, bu islahatlar güclü sosial siyasətlə tamamlanır. Ona görə də hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artır , manatın məzənnəsi sabit qalır. 6 ayda əhalinin pul gəlirləri 7%-dən çox artıb, inflyasiya isə cəmi 2% olub. Maaşlarda artım qeydə alınıb, orta maaş 520 dollar, orta pensiya 200 dollar səviyyəsindədir.
Prezident İlham Əliyev bildirib ki, ölkənin bölgələri də sürətli inkişaf dövrünü yaşayır , rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır, işsizliyin səviyyəsi azalır. Bu ilin sonunda başa çatacaq Regionların inkişafı üzrə 2-ci dövlət proqramı ,eyni zamanda Bakı və ətraf qəsəbərlərin inkişafı proqramı uğurla icra edilir. Xarici siyasətdə atılan uğurlu addımlardan danışan Prezident İlham Əliyev son 6 ay ərzində beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük diqqət yetirildiyini söyləyib. Dövlət başçısı müxtəlif beynəlxalq tədbirlərdə iştirakı və görüşlərini xatırlayıb və bildirib ki, son 1 il ərzində antiazərbaycan, ermənipərəst, ölkəmizin uğurlu inkiaşfını qəbul edə bilməyən qüvvələr fəaliyyətinlərini gücləndiriblər və bu təbiidir.
Çünki ölkənin müstəqil siyasəti, daxildəki sabitlik, xoş əhval-ruhiyyə heç də onları qane edə bilməz. Ona görə Avropa İttifaqına səfərinin xüsusi əhəmiyyət daşıdığını deyən dövlət başçısı bu səfərin müsbət nəticələri , səfər zamanı bir çox məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yarandığını diqqətə çatdırıb.
Daha sonra Prezident İlham Əliyev ötən yarım ildə Azərbaycanın öz enerji siyasətini də uğurla davam etdirdiyini bildirib. Dövlət başçısı ötən ay Bakıda keçirilən hərbi parada da toxunub və vurğulayıb ki, bu parad ordu quruculuğu işində görülən işlərin hesabatı olmaqla yanaşı Azərbaycan ordusunun qüdrətini bir daha göstərib.
Sonra maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İsmət Abbasov, nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək ilin birinci yarısında görülmüş işlər barədə dövlət başçısına məlumat veriblər .
İclasa yekun vuran Prezident İlham Əliyev ölkədə maaş və pensiyaların artımı nəzərə alınaraq makroiqtisadi sabitliyə böyük diqqət yetirilməsinin vacibliyini bildirib. Dövlət başçısı dövlət, büdcə xərclərinin, sosail ödəmələr, maaş, pensiyaların artması, investisiya layihələrinin icrası, sovet dövründən banklarda qalan əmanətlərin qaytarılması fonunda inflyasiyanın aşağı səviyyədə saxlanılmasını böyük uğur adlandırıb. Regionların inkşafı üzrə 2-ci dövlət proqramının, həmçinin Bakı və ətraf qəsəbərlərin inkiaşfı proqramınin uğurla icra olunduğunu diqqətə çatdıran Prezident İlham Əliyev növbəti aylarda regionlarda kənd yollarının tikintisinin davam etdirilməsinə böyük diqqət göstəriləcəyini vurğulayıb .
Dövlət başçısı Bakı-Tbilisi-Qars dəmiryolunun , Xəzərdə ən böyük dəniz limanının tikintisinin də uğurla davam etdirildiyini söyləyib. İlham Əliyev Sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, meliorasiya, sənayələşmə, içməli su- kanalizasiya, enerji, qazlaşma layihələrinin icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrdən də danışıb. Azərbaycan əhalisinin korrupsiya ilə mübarizə ilə bağlı atılan addımları dəstəklədiyini bildirib. ASAN xidmətinin fəaliyyətini xüsusi vurğulayan dövlət başçısı əhali arasında qısa zaman ərzində rəğbət qazanan bu xidmətin şəbəkəsinin genişlənəcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyev növbəti aylarda qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün tapşırıqlarını verib .
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49