İstanbulda dənizdə itən qardaş və bacının axtarışı ilə bağlı genişmiqyaslı əməliyyatın keçirilməsi məqsədilə Bosfor boğazından gəmilərin tranziti bir neçə saatlıq dayandırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Dənizə düşən qardaş və bacının axtarışları çərçivəsində gəmilərin Bosfor boğazından tranziti hər iki istiqamətdə dayandırılıb”, - deyə idarənin mətbuat xidmətindən bildirilib.

Bir neçə saatdan sonra gəmilərin hərəkəti bərpa olunub.

Faciə noyabrın 23-də İstanbulun Sarıyer rayonunda baş verib. Aişə Can adlı gənc qadın dənizə yıxılıb və qardaşı Velat onun köməyinə qaçıb. 40 gündən artıqdır ki, xilasedicilər itkin düşənləri tapa bilmir.