Prezident şimal bölgəsinə səfər etdi
21:42 20-07-2013
CƏMİYYƏT
Prezident şimal bölgəsinə səfər etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Xaçmaz rayonuna səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştik edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verildi ki, qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat vardır. Yeni muzey Xaçmaz şəhərinin Heydər Əliyev prospektində, Şəxsiyyətlər Muzeyinin ərazisində inşa edilmişdir. İki filial və yeddi şöbədə fəaliyyət göstərən muzeyin 1930-cu ildə tikilən binası artıq istismar müddətini başa vurub və istifadəyə yararsız vəziyyətə düşüb. Yeni binanın tikintisinə isə 2013-cü ilin əvvəlində başlanılıb. Xüsusi memarlıq üslubunda tikilən bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqlarla təchiz edilib.
Yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Ölkə başçısı Xaçmaza səfəi zamanı daha sonra Xaçmaz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib. Prezident İlham Əliyevə məlumat verilib ki, bu, ölkədə istifadəyə verilən sayca 38-ci Olimpiya İdman Kompleksidir.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezidenti İlham Əliyev Siyəzən rayonunda olub.D övlət başçısı əvvəlcə Heydər Əliyevin Siyəzən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verib.
Bu gün Siyəzən şəhərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə barədə dövlətimizin başçısına məlumat verib. O bildirib ki, layihə Azərbaycan hökuməti və Dünya Bankının vəsaiti hesabına həyata keçirilir.
Prezident İlham Əliyev Siyəzən şəhərinin su təchizatı şəbəkəsinin planı, su təchizatı və kanalizasiya qurğularının yerləşmə sxemi, kanalizasiya şəbəkəsinin planı, çirkab sutəmizləyici qurğunun sxemi ilə tanış olub. Qeyd edilib ki, Siyəzən rayon mərkəzinin əhalisini içməli su ilə təmin etmək üçün layihədə su mənbəyi kimi ikinci Bakı su kəməri qəbul edilib. Layihələrdə yeni qurğuların texniki parametrləri öz əksini tapıb.
Prezident İlham Əliyev şəhərə suyun verilməsini bildirən düyməni basıb.
Azərbaycan prezidenti işlərin uğurla başa çatdırılması ilə əlaqədar tapşırıqlarını verib.
Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub.
İnzibati binanın inşasına 2013-cü ilin yanvarda başlanılmış və iyul ayında başa çatdırılıb. İkimərtəbəli binanın ümumi sahəsi 753 kvadratmetrdir.
Binanın foyesində Heydər Əliyevin barelyefi qoyulub. Burada onun ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən YAP-ın fəaliyyəti ilə bağlı gördüyü işləri əks etdirən fotoguşələr yaradılıb. Tarixi sənəd və eksponatların da sərgiləndiyi binanın iclas zalında müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şərait var. Bütün otaqlar zəruri avadanlıqla təchiz olunub, kompyuterlər quraşdırılıb, kitabxana yaradılıb.
Prezident həmçinin Siyəzəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyevə məlumat verilib ki, Mərkəzin yerləşdiyi ərazi Siyəzən şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu məkanı Siyəzənin ən gözəl yerlərindən birinə çevirib.
Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan prezidenti İlham Əliyev Siyəzən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. Prezident İlham Əliyevə məlumat verilib ki, rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında icra hakimiyyətinin yeni tikilən inzibati binasında yaradılan şərait bir daha təsdiq edir ki, ölkədə dövlət idarəçiliyi sistemi işinin stimullaşdırılması diqqət mərkəzindədir.
Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Kolleclərə ixtisas seçimi ilə bağlı qaydalar dəyişdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən bir neçə ixtisasına qəbulla bağlı bəzi dəyişikliklər olduğunu açıqlayıb.
Onun sözlərinə görə, bu ildən xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslar üzrə seçmə turları ləğv edilib. Bunlar bədən tərbiyəsi və idman istiqaməti üzrə, həmçinin musiqi sənəti istiqamətinin "Musiqi müəllimliyi", "Musiqi nəzəriyyəsi", "Xor dirijorluğu", "İnstrumental ifaçılıq" (alətlər üzrə) və "Xalq çalğı alətləri ifaçılığı"dır (alətlər üzrə).
Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinin "İnstrumental ifaçılıq" (alətlər üzrə) və "Xalq çalğı alətləri ifaçılığı" (alətlər üzrə) ixtisasları bu seçmə turlarda istisna hal kimi qeyd olunur.
Qalan xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər avqustun 5-dən 13-dək seçmə turlarda iştirak etməlidirlər. Seçmə turlar TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.
Ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları avqustun 25-də keçiriləcək. Bu təhsil müəssisələrinə sənəd qəbulu iyulun 17-dən başlayıb. Bu günə kimi 2500-dək abituriyent sənəd verərək elektron ərizəsini təsdiqlədib. Bu il bəzi abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri elektron ərizələrini təsdiq edə bilərlər. Həmin abituriyentlər 2012/2013-cü tədris ilində Azərbaycanın ümumi və ilk-peşə ixtisas təhsili müəssisələrinin 9-cu, 10-cu və 11-ci siniflərini bitirən abituriyentlər, 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş şəxslərdir. Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə Bakı şəhəri 42 nömrəli tam orta məktəbində və TQDK-nın regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər.
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10