Ermənistanın BMT-nin Cenevrədəki daimi nümayəndəsi Hasmik Tolmacyan eyni vaxtda İsveçrəyə səfir təyin edilib.

"Unikal" xəbər verir ki, müvafiq sərəncamı prezident Vaaqn Xaçaturyan imzalayıb. Bu barədə Ermənistan dövlət başçısının saytında məlumat verilib.

2024-cü il oktyabrın sonunda Tolmacyan Fransadakı səfir vəzifəsindən azad edilərək Cenevrəyə göndərilib.