7 saylı doğum evində rəzalət
20:02 23-07-2013
CƏMİYYƏT
7 saylı doğum evində rəzalət
Tələb olunan pulu çatdırmayan xəstə xəstaxanaya qəbul olunmur
Son bir il ərzində korrupsiyaya qarşı ciddi mübarizə aparılsada köklü nəticələr əldə etmək mümkün olmayıb.
Bu baxımdan daha acınacaqlı vəziyyətin təhsil və səhiyyə sahəsində olmasıda açıq şəkildə dəfələrlə etiraf edilib. Məhz bunu nəzərə alaraq prezident İlham Əliyev Misir Mərdanovu görəvindən uzaqlaşdırmaqla bu sahədə ciddi dönüş yaradıldı. Amma səhiyyə sahəsində ki, problemlər nəinki qalır, hətta günü-gündən daha bərbad duruma düşür. Artıq səhiyyə naziri Oqtay Şirəliyevin hətta səhiyyəyə tam olaraq nəzarət edə bilməməsi fikridə öz təsdiqini tapmağa başlayıb. Səhiyyə sahəsində ki, ən ciddi problemlərdən biri və birincisi isə səhiyyənin keyfiyyətinin aşağı düşməsi və rüşvətin tüğyan etməsidir. Bunun da nəticəsində azərbaycanlı vətəndaş üçün Azərbaycanda yox,İranda səhiyyənin xidmətlərindən yararlanmaq daha sərfəlidir. Elə redaksiyamıza daxil olan şikayətdə də bunun təsdiqini tapmaq olar. Belə ki, göndərilən şikayət məktubunda göstərilir ki, 17.07.2013-cü il tarixdə Oruclu Xəyalə adlı vətəndaş 7 saylı doğum evində yerləşdirilir. Amma xəstəxananın baş həkiminin müavini Gulya xanım xəstənin doğuş prosesini həyata keçirtmək üçün 400 manat pul tələb edir. Xəstənin yaxınları cəmi 350 manat verəcəklərini desələrdə həkim bununla razılaşmır. Xəstənin halının get-gedə pisləşməsini görən yaxınları tələb olunan pulu toplayıb Gulya xanıma verirlər. Bunu da qeyd edək ki, son bir ildə bir neçə xəstə məhz tələb olunan pulu verə bilmədiklərinə görə ,həkim müdaxiləsinin olmaması səbəbindən dünyalarını dəyişiblər. Çox maraqlı haldır ki, özəl klinikalardan fərqli olaraq dövlət xəstəxanalarında həm həddindən artıq çox rüşvət tələb olunur, həm də şərait bərbad vəziyyətdə olur. Dərmanların pulsuz verilməsindən isə ümumiyyətlə danışmağa dəyməz. Elə 7 saylı doğum evində olduğu kimi. Demək olar ki, burda əksər doğuş prosesləri keser əməliyyatı vasitəsi ilə həyata keçirilir. Çünki belə olanda xəstədən daha çox pul tələb edilir. Həmçinin alınan puldan başqa, xəstə sahibləri bütün dərman və digər ləvazimatlarıda özləri almalı olur. Amma nədənsə nazirlik 7 saylı doğum evindən gələn şikayətləri ya görmür, ya da nazirlikdə kimlərsə bu xəstəxananın himayəçisi rolunda çıxış edir. Mövzuya qayıdacağıq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49