“Bizim üçün ən yaxşı variant Rüstəm İbrahimbəyovdur”
20:04 23-07-2013
CƏMİYYƏT
“Bizim üçün ən yaxşı variant Rüstəm İbrahimbəyovdur”
“Milli Şura adlı qurum heç bələdiyyə üzvlüyünə də namizəd irəli sürmək hüququna malik deyil”
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Rüstəm İbrahimbəyovun vahid namizəd olmasına münasibət bildirərək qeyd edib ki, YAP üçün kimin namizəd olub-olmamasının fərqi yoxdur. İstəyir hər bir partiyanın namizədi olsun, istəyir partiyalar yığışıb bir nəfəri namizəd kimi müəyyənləşdirsinlər:-“. Bizim namizədin nə ölkə, nə xaricdə alternativi yoxdur. Sadəcə olaraq o partiya sədrləri öz partiyaları tərəfindən dəstəklənmirlər.
Partiyaları onları namizəd kimi görmür və bilir ki, bunun heç bir potensialı yoxdur. Bunun nəticəsi olaraq da axtarıb hardansa bir namizəd tapıb gətirirlər. Deyirlər ki, guya konsepsiya yazırlar və bunlar ölkənin idarəçiliyi üçün plan tuturlar. Müxtəlif konstitusiya layihəsi hazırlayırlar. Amma onlarda mən doğru-düzgün hüquqşünas görmədim. Hüquqşünaslar namizəd irəli sürəndə heç olmasa baxsınlar ki, kimin namizədliyini irəli sürürlər. Bu gün bu Azərbaycan qanunvericiliyinə uyğun gəlirmi? Gəlmir. Bu onu göstərir ki, ora toplaşanların heç biri dərin savada, düşüncəyə malik olan insanlar deyil. Bu və ya digər formada hüquq-mühafizə orqanlarından qovulub özlərini vəkil adlandıran şəxslərdir ki, hüquqi cəhətdən namizədlərinin namizədliyini belə əsaslandıra bilmirlər. Birincisi, Rüstəm İbrahimbəyov namizəd kimi irəli sürülməyib. Milli Şuraya sədr seçə bilərlər. Milli Şura qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatından keçməlidir. Müvafiq sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməlidir. İkincisi, lap qeydiyyata alınsa belə, Milli Şura namizəd irəli sürə bilməz. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə bayaq qeyd etdiyim kimi, iki halda namizəd irəli sürülə bilər. Bir öz təşəbbüsü ilə, təşəbbüs qrupları tərəfindən, biri də siyasi partiyalar və ya onların siyasi blokları tərəfindən. Milli Şurada həm qeyri-hökumət təşkilatları, həm də siyasi partiyalar toplaşıb. Bunların da bir yerdə namizəd irəli sürməyə heç bir hüquqi yoxdur. Rüstəm İbrahimbəyov tələblərə cavab verərsə, ya özü öz namizədliyini irəli sürməlidir, yaxuddakı siyasi partiyalar özlərinin qurultayını keçirib Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb sonradan blok yaradıb qərar qəbul edərək siyasi partiyaların blokları adından onun namizədliyini verə bilərlər. Yəni Milli Şura adlı qurum Azərbaycan Respublikasında heç bələdiyyə üzvlüyünə də namizəd irəli sürmək hüququna malik deyil. Bu Seçki Məcəlləsinin tələbidir. Ya bunlar seçkidə iştirak etmək istəmirlər, mən belə başa düşürəm. Ya da dolayısıyla bilirlər ki, seçkidə heç bir səs qazana bilməyəcəklər, heç bir imkanları yoxdur. Seçkinin üzərinə guya yalandan kölgə salmaqdala istəyirlər ki, guya onların namizədini qeydə almadılar. Burada qanunvericilyin tələbi var. Adlarını hüquqşünas qoyublar, vəkillik etmək iddiasındadırlar. Bir doğru- düzgün sənədi hazırlayıb ortaya çıxara bilmirlər”.Millət vəkili bunu da deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində göstərilir ki, kimlər seçkilərdə namizəd ola bilər. Orada açıq şəkildə yazılıb ki, yaşı 35-dən yuxarı olan, ali təhsilli, ikili vətəndaşlığı olmayan, 10 ildən artıq Azərbaycan ərazisində daimi yaşayan, ağır cinayət törətməyən şəxslər Azərbaycan Respublikasının prezidentliyinə namizəd ola bilər. Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var. Hələ bu məsələ həll olunmayıb:-“ O sənədi verib. Konkret Rusiya prezidentinin fərmanı lazımdır. Komissiya bu məsələni qaldırmalıdır. İkili vətəndaşlığı aradan qalxmalıdır. İkili vətəndaşlıq olan kimi avtomatik olaraq həmin dövlət qarşısında öhdəliklər olur. Rüstəm İbrahimbəyovun da Rusiya dövləti qarşısında öhdəliyi var. 25 təşkilatdan sənəd almalıdır ki, onların qarşısında öhdəliyi yoxdur. Vergi, iqtisadi, siyasi və.s öhdəlikləri var. Bu oranın hansısa universitetinin müəllimidir. Ordan əməkhaqqı alır. Burada qarşılıqlı öhdəliklər yaranır. Bunlara aydınlıq gətirilməlidir. Bu bütün dünyanın tələbidir. Bizim tələbimiz deyil. Bizim üçün ən yaxşı variant Rüstəm İbrahimbəyovdur. Çünki 3 adam ölkədə ona səs verməyəcək. Keçirdiyimiz sorğulardan əzbər bilirik ki, Azərbaycanda Rüstəm İbrahimbəyov adlı adam tanımırlar. Ola bilər ki, yaşlı nəslin bir neçə nümayəndəsi vaxtilə bununla bir yerdə işləyən, yaxud da ki bunun bir neçə filminə baxan insanlar onu tanıyırlar. Yeni nəsil, ümumiyyətlə, cəmiyyət o adda adam tanımır. Ona görə də deyirəm ki, bizim üçün bunun fərqi yoxdur. Bizim bir məqsədimiz var ki, hamı qanunun aliliyinə riayət etsin”.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49