Söyün Sadıqovdan yeni həmlə
20:05 23-07-2013
CƏMİYYƏT
Söyün Sadıqovdan yeni həmlə
Jurnalistlər üçün ev tikmək ideyası nəən yarandı?
Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqov Azərbaycan jurnalistləri üçün Bakıda, Bibiheybət qəsəbəsində yaşayış binası tikəcək.Bu sensasion məlumatı Söyün Sadıqovun özü verib. O, deyib ki, hazırda binanın tikintisi üçün yerin müəyyənləşdirilməsi və sənədləşmə işlərinin başlanmasına hazırlıq gedir.“Milyarderlər İttifaqı”nın üzvü əlavə edib ki, şəxsi vəsaiti hesabına tikəcəyi evləri jurnalistlərə pulsuz paylayacaq. Namizədlər 10 ildən artıq mətbuatda işləyən evsiz jurnalistlər arasından seçiləcək.
Bölgü şəxsən S.Sadıqovun nəzarəti altında açıq püşkatma yolu ilə aparılacaq.Ilk baxışdan adi görünən bu xəbər əslində kifayət qədər ciddi bir siqnaldır və bunun arxasında sözsüz ki, siyasi maraqlar dayanır. Bildiyiniz kimi rəsmi kremlin himayəsi altında bir qrup azərbaycanlı Moskvada təşkçilat yaratdılar və qısa müddət ərzində Azərbaycandakı siyasi proseslərə müdaxilə etməyə başladılar. Hazırda isə “Milyarderlər İttifaqı” Rüstəm İbrahimbəyova dəstək verməklə iddialarını ortaya çıxarırlar. Bu gün isə Söyün Sadıqov jurnalistlər üçün ev tikəcəyini bəyan edir. Ekspertlər hesab edir ki, bun gün rəsmi Kreml Azərbaycanda müxalifəti və mətbuatı ələ almaq üçün bütün gücünü səfərbə edib. Milli Şuranın yaranması ilə demək olar ki, ölkədə ki, müəyyən siyasi qüvvələrə təsir edə bildilər və hazırda bu məsələ problem olaraq gündəmə gəlir. Belə ki, Müsavat başda olmala bir sıra qüvvələr artıq Rusiyanın əlində oyuncaq olmaqla razılaşmırlar və çox böyük ehtimal ki, yaxın günlərdə bu məsələ ictimailəşəcək. Hazırda Rusiyanın bu oyununa ürəklə qatılan əsas güc isə AXCP-dir. Siyasi sferada lazımi işləri həyata keçirə bilən Kreml indi də Azərbaycan mətbuatında dayaqlarını ciddiləşdirməyə həvəslənib. Elə Söyün Sadıqovun jurnalistlər üçün ev tikməyə hazırlaşmasıda bu prosesin davamıdır. Sual oluna bilər ki, Söyün Sadıqov belə humanist insandırsa, tutalım nədən Qarabağ savaşçıları, əlillər üçün yox, məhz jurnalistlər üçün ev tikməyə hazırlıq görür?Sözsüz ki, sadəcə olaraq bu addımla mətbuata təsir etməyə çalışır. Müşahidəçilər hesab edir ki, rəsmi Kreml 2015-ci ilə qədər Azərbaycan hakimiyyətinə hər bir yolla əngəllər yaratmağa çalışıacaq. Çünki 2015-ci ildə Avrasiya İttifaqının tam yaranması prosesi sona çatmalıdır. Azərbaycan hakimiyyəti isə bu ittifaqa qoşulmayacağını bəyan edib. Məhz buna görə hazırda Rusiya çalışır ki, daha çox Azərbaycan daxilində özünə baza yaratsın. Bundan başqa bu gün Abbasd Abbasovun rəhbərliyi ilə Rusiyada yaşayan azərbaycanlılarında bir araya gəlmələri və daha çox müxalif fikirlərlə çıxış etmələri üçün addımlar atılır. Bunu da qeyd edək ki, Rusiyada qeyri-rəsmi olaraq iki milyon azərbaycanlının yaşadığı iddia olunur. Yeri gəlmişkən bunu da qeyd edək ki, hər zaman mətbuatdan uzaqda durmağa çalışan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovda mətbuat günü ilə bağlı Azərbaycan jurnalistlərini təbrik edib. Beləliklə aydın olur ki, Rusiya Azərbaycanla bağlı projesini get-gedə dərinləşdirir və çox təssüf ki, bu prosesdə elə azərbaycanlıların özləri iştirak edir.
Faud Əliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49