Ermənistanın baş naziri Nikol Paşinyan Boluda Kartalkaya dağ-xizək kurortunda 76 nəfərin ölümü ölə nəticələnən yanğınla bağlı Türkiyəyə şəxsən başsağlığı verib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə o, özünün "X" hesabında yazıb.
"Faciə sarsıdıcıdır. Həlak olanların ailələrinə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram", - baş nazir bildirib.
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi də Türkiyəyə başsağlığı vermişdi.
Ağarza Elçinoğlu