Krasnodarda FSB əməkdaşları mülki aviasiya təyyarəsinin kapitanını dövlətə xəyanətdə şübhəli bilirək saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Müstəntiqlər həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci ("Dövlətə xəyanət") maddəsi ilə cinayət işi açıblar.
İstintaqın məlumatına görə, pilot Ukrayna Silahlı Qüvvələrinə pul köçürmək qərarına gəlib. O, vəsait toplayanın göstərişlərinə əməl edərək, rublu kriptovalyuta ilə dəyişdirib və göstərilən hesaba köçürüb.
Ağarza Elçinoğlu