Rusiya və İran arasında imzalanan "Hərtərəfli Tərəfdaşlıq" Sazişi ABŞ prezidenti Donald Trampı narahat edir. 

"Unikal" xəbər verir ki,  bu  barədə Amerikanın “The Hill” qəzeti məlumat dərc edib.

Nəşrin yazdığına görə, Tramp Moskva ilə Tehran arasındakı tərəfdaşlığı məhv etməlidir:

"Bu pakt qlobal güc balansını Birləşmiş Ştatlar və onun müttəfiqlərindən uzaqlaşdırmaq üçün növbəti addımdır. Yeni administrasiya bir çox aktual gündəm məsələləri ilə hakimiyyətə gəlsə də, Moskva-Tehran tərəfdaşlığının təhdidlərinə və yeni müharibəyə səbəb ola biləcək məsələlər diqqət tələb edir",-  mətndə deyilir.

Müəlliflərin fikrincə, Tramp bütün sanksiyaları bərpa etməli və kəşfiyyat ictimaiyyətinə İran-Rusiya tərəfdaşlığını izləmək, təhlil etmək və pozmaq barədə göstəriş verməlidir.

"Dövlət başçısı İranın artan nüvə potensialını zərərsizləşdirmək, onun ballistik raket arsenalını zərərsizləşdirmək və etibarlı qüvvələrini məhv etmək üçün növbəti addımlar atmalıdır", - qəzet vurğulayıb.

Gülayə Mecid