Tramp Misir və İordaniyanın daha çox fələstinli qaçqını qəbul etməsini istəyir.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Tramp artıq bunu İordaniya kralı II Abdullah ilə müzakirə etdiyini bildirib. Bu gün o, Misir prezidenti əs-Sisi ilə 1,5 milyon insanı qəbul etmək barədə danışmağı planlaşdırır.

“Bütün Qəzza zolağına baxanda orada tam xaos görürəm", - deyə Tramp bildirib.