Bakı-Qars dəmiryol xətti həllədə təhvil verlmir
17:25 25-07-2013
CƏMİYYƏT
Bakı-Qars dəmiryol xətti həllədə təhvil verlmir
Milyonlarla manat vəsait necə aradan çıxarılır?
Deyəsən Ələşrəf Lütfəlibəyovu arxasında duran güclər toxunulmaz edib. Hətta o səviyyəyə qədər toxunulmaz ki, dövlət əhəmiyyətli işləri belə öz istədiyi kimi həyata keçirir. Söhbər "Azərdəmiryol Servis" MMC-in direktoru Ələşrəf Lütfəlibəyovdan gedir. Xatırladaq ki, "Azərdəmiryol Servis" MMC dövlət üçün strateji əhəmiyyət kəsb edən Bakı-Qars dəmiryol xəttinin tikintisinə məsuldur.
İlk vaxtlar işlər qrafik üzrə getsədə sonradan aydın oldu ki, yol tikintisi bərbad şəkildə icra edilir və dəmiryol xəttinin tikintisində qrafik pozuntusu olub.Qeyd edək ki,Bakı-Qars yolunun tikintisi 2012-ci ildə təhvil verilməliydi.Amma nəzərdə tutulduğundan fərqli olaraq tikinti hələ də sona çatmayıb. Hətta "Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov tikintinin sürətli həyata keçməsi üçün əlindən gələni etsədə sonda yenə də Ələşrəf Lütfəlibəyovun səhlənkarlığı ucbatından real nəticə əldə olunmadı. Ən qəribəsi isə budur ki, Ələşrəf Lütfəlibəyovun kimlərsə himayə edir və nəticədə MMC direktoru milyonlara sahiblənir, dövlət layihəsi isə bərbad günə salınır. Rəhbəri olduğu qurumda kollektivlə NƏZAKƏTli davranan Ələşrəf Lütfəlibəyovun sən demə gəlir mənbələrindən biri də NƏZAKƏTli olduğu kollektivdə ölücanların sayının həddindən artıq çox olması imiş. Belə ki, kifayət qədər şəxsin adı işçi kimi qeyd olunsada, onlara əmək haqqı yazılsada bu şəxslərin MMC-yə heç bir formada aidiyyatları yoxdur. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, sən demə Ələşrəf Lütfəlibəyov həm də himayəsinə sığındığı şəxslərlə də maliyyə məsələlərində qaydalara əməl etməyibmiş. Belə ki, tikinti materiallarının qiymətindən tutmuş, fəhlələrin əmək haqqına qədər bütün sahələrdə qiymətləri şişirdilmiş şəkildə göstərirmiş. Nəticədə milyonlarla pul həm dövlətdən, həm də himayəsinə sığındığı şəxslərdən gizlədilirmiş.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04