Xəbər verdiyimiz kimi, İrəvanın Respublika meydanında bir qrup şəxs Azərbaycan dilində “Qarabağ” mahnısını oxuyub.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb. 

"Aydınlaşdırmaq istərdik ki, videoda təsvir olunan şəxslər əslində İran İslam Respublikasının vətəndaşlarıdır:Milad Ghahramaniafshar, Behzad Ghafari Shabanlou, Mehdi Məhəmmədi, Hamed Aziz Maleki və Nadir Qafari. Adıçəkilən şəxslər 2024-cü il dekabrın 30-dan bu il 3 yanvara qədər Ermənistan Respublikasında olublar", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu