Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonunun Qanboy Quliyev küçəsində qeydə alınıb.
Belə ki, "Nissan" və "VAZ" markalı avtomobilləri toqquşub. Hadisə nəticəsində "Nissan" aşıb. Qəza zamanı yaralanan sürücü Elnur Ələsgərov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov