Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 3-dən 7-dək Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olacaq. Baş nazir səfər çərçivəsində Vaşinqtonda keçiriləcək 5-ci İllik Beynəlxalq Dini Azadlıq Sammitində iştirak edəcək.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, əvvəlcə sammitin panel müzakirələrində Qarabağda ləğv edilmiş separatçı "Artsax" rejiminin ombudsmanı Geqam Stepanyanın da iştirakı nəzərdə tutulubmuş. Paşinyanın iştirakından sonra, Stepanyanın adı panel müzakirəsinin proqramından çıxarılıb.
Ağarza Elçinoğlu