Avropa İttifaqı sərvəti 9,7 milyard dollar olan rusiyalı milyarder Roman Abramoviçə qarşı tətbiq edilən sanksiyaların ifadəsini dəyişib.

"Unikal" xəbər verir ki, bu  barədə Rusiya mətbuatı məlumat dərc edib. 

Bildirilir ki,  Aİ-nin əvvəlki sanksiya sənədlərində Abramoviçin “Krımın ilhaqında və ya Ukraynanın sabitliyinin pozulmasında” iştirak edən Rusiya rəsmiləri ilə əlaqələrdən faydalandığı və onun “Rusiya hakimiyyəti üçün mühüm gəlir mənbəyi olan iqtisadi sektorlarla” məşğul olduğu iddia edilirdi. İndi isə Aİ yalnız ilk formulu saxlayıb. 

Abramoviç ona qarşı tətbiq edilən bütün sanksiyalara etiraz edib.