Xəzər Universitetinin MEFAİ-nin ( Mevlana Elmi-Fəlsəfi Araşdırmalar İnstitutu) direktoru Nəzakət Məmmədli vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, filologiya elmləri doktoru Nəzakət Məmmədli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin həyat yoldaşıdır.

N.Məmmədlinin qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.