"Yaşayan Nostradamus" kimi tanınan braziliyalı Athos Salome 2025-ci ilin kəhanətlərini açıqlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı Salomenin kəhanətinə görə, bu il yeni insan növü - "hibrid insanlar" meydana gələcək.

O, bildirib ki, Yaponiya hökuməti 2019-cu ildə insan-heyvan hibrid embrionları üzərində tədqiqata icazə verib və məsələ keçən il yenidən gündəmə gəlib. Salome idda edir ki, bu araşdırma 2025-ci ildə başa çatacaq və bu, bütün dünyada qeyri-adi mənəvi böhrana səbəb olacaq.

Salome bu böhranın iki əsas səbəbini görür:

"Birincisi; Əgər geni dəyişdirilmiş insanlar tibbi cəhətdən normal insanlardan üstün olsaydılar, Yaponiya kimi bu texnologiyanı inkişaf etdirən ölkələr və şirkətlər üstünlük əldə edərdilər. İkincisi isə, gen mühəndisliyi qeyri-bərabər sosial sistemin əsasını qoyacaq. Zəngin ölkələr və çoxmillətli korporasiyalar genetik elit təbəqə yaradacaqlar. Genetik cəhətdən inkişaf etmiş fərdlər üstün intellekt və degenerativ xəstəliklərə qarşı müqavimət kimi güclü xüsusiyyətlərə sahib olacaqlar. Bunlara sahib olmayanlar insanlar öz aşağı sosial və iqtisadi mövqelərini qoruyub saxlayacaqlar, bu da cəmiyyətlər arasında uçurumların daha da genişlənməsinə səbəb olacaq", - deyə braziliyalı  qeyd edib. 

Xatırladaq ki, "Yaşayan Nostradamus" bundan əvvəl COVID-19 pandemiyası; Kraliça II Elizabetin ölümü və Rusiya-Ukrayna müharibəsi kimi hadisələri öncədən xəbər vermişdi. 

Gülayə Mecid