Kərəm Həsənovun növbəti müəmması
21:57 26-07-2013
CƏMİYYƏT
Kərəm Həsənovun növbəti müəmması
Onun komitəsi özəlləşdirmənin gedişi barədə niyə "xəsis hesabat" verdi?
Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan ərazisində (Naxçıvan istisna) dövlət əmlakının satıcısı bu ilin I yarısında özəlləşdirmənin gedişi barədə hesabat yayıb. Hesabatı qısaca belə özətləmək olar: "Bu günə kimi 6314 hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 7536 filialına (cəmi 13850) məxsus olan 148769 daşınmaz əmlak barədə məlumatlar Registrdə qeydiyyata alınıb.
2013-cü ildə ümumilikdə ölkə üzrə kiçik özəlləşdirmə formasında 490-a yaxın müəssisə və obyekt özəlləşdirilib. Cari ildə 390-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Özəlləşməyən dövlət obyektləri də var. Onlar da özəlləşdiriləcək. Hesabat dövründə 380-ə yaxın qeyri-yaşayış sahəsi, 350-yə yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.
İyul ayının biri üçün ƏMDK-nın sərəncamında olan 69 dövlət müəssisəsi və 296 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətləri 2012-ci ilin illik balans hesabatları və inventarizasiya aktları təqdim ediblər. 2013-cü ilin yeddi ayı ərzində ölkə üzrə 82 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 23 mindən çoxu ilkin, 59 minə yaxını isə təkrar qeydiyyata aid olub. 2013-cü ilin birinci yarısında 74 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport və 63 mindən çox daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 mindən çox məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 13 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib".
İlk baxışda rəqəmlər gözə maraqlı görünür. Amma əslində isə bu rəqəmlər özəlləşdirmə prosesinin tam obyektiv, aydın mənzərəsini təsəvvür etmək üçün kifayət deyil. Tam əksinə, hesabat Kərəm Həsənovun komitəsinin özəlləşdirmə prosesində qanunsuzluqlara və korrupsiyaya yol verdiyinə dair ictimai rəydə oturuşmuş qənaətin yanlış olmadığı görüntüsü yaradır.
Məsələ burasındadır ki, kifayət qədər xəsisliklə hazırlanmış hesabatda bir neçə ümumi rəqəm verilir və mövcud problemlər xatırladılmır.
Məsələn, bildirilir ki, bu ilin 6 ayında 490-a yaxın müəssisə, obyekt, avtonəqliyyat vasitəsi özəlləşdirilib. Amma reallıq necədir? Reallıq ondan ibarətdir ki, özəlləşdirilən obyektlərin qiymətləndirilməsi qaydalarına zidd olaraq, çox vaxt qiymətləndirmə bazar qiyməti ilə yox, əmlakın qalıq məbləği ilə aparılır. Bütün obyektlər start qiyməti ilə satılır.
Dövlət əmlakı özəlləşdirilən zaman hərraclarda rəqabət olmur. İddiaçıların elektron müraciəti imkanından istifadə edilmir.
Dövlət əmlakının özəlləşdirilməsindən pul axınına nəzarət edən Hesablama Palatası isə bir dəfə də olsun bu sahədə nəzarət tədbirləri barədə informasiya verməyib.
Bütün bu deyilənlərdən gəlinən ümumi nəticə ondan ibarətdir ki, onsuz da şəffaflıqdan əziyyət çəkən və özəlləşdirmə prosesinə ictimai nəzarətin təmin edilməsinə imkan verməyən Kərəm Həsənovun komitəsi haqqında korrupsiya şübhələri heç də əsassız deyil. Əks halda Əmlak Məsələləri Dövlət Komitəsini belə bir "xəsis hesabat" hazırlamağa nə məcbur edə bilərdi axı?!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00