İsrail Qəzza zolağının sakinlərinin könüllü şəkildə çıxması üçün plan hazırlayacaq. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz orduya belə bir plan hazırlamağı tapşırıb.

"Katz İsrail Müdafiə Qüvvələrinə (IDF) Qəzza zolağının sakinlərinə anklavı könüllü olaraq tərk etməyə və onları qəbul etməyə razılıq verən istənilən yerə getməyə imkan verəcək plan hazırlamağı tapşırıb. Belə plana quru keçidləri ilə gediş, həmçinin dəniz və hava yolu ilə gediş üçün xüsusi tədbirlər daxildir", - məlumatda deyilir. 

İsrailin müdafiə naziri bildirib ki, HƏMAS yaraqlıları Qəzza sakinlərini canlı qalxan kimi istifadə edir. Onun sözlərinə görə, yaraqlılar mülki şəxsləri girov saxlayır, ödəniş və humanitar yardım tələb edir, onlara anklavı tərk etməyə imkan vermirlər.

Ağarza Elçinoğlu