"Birləşmiş Ştatlar Qəzza zolağının bərpasını həyata keçirə bilər və bu, bəşər tarixində ən böyük və ən təsirli layihə ola bilər".
"Unikal" xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Truth Social"da yazıb.
"Birləşmiş Ştatlar, dünyanın hər yerindən görkəmli tərtibatçı qrupları ilə işləyərək, yavaş-yavaş və diqqətlə Yer kürəsində ən böyük və ən təsirli layihələrdən biri olacaq layihəni qurmağa başlayacaq", - ABŞ prezidenti qeyd edib.
Amerika dövlətinin başçısı əlavə edib ki, onun planlarına ABŞ ordusunun Qəzza zolağına nəzarəti ələ keçirmək üçün göndərilməsi daxil deyil, çünki anklav “döyüşlərin sonunda İsrail tərəfindən ABŞ-a təhvil veriləcək”.
Digər şeylər arasında Tramp yazıb ki, fələstinlilər “yeni və müasir evlərlə daha təhlükəsiz və gözəl icmalara” yerləşdiriləcəklər. Amerika lideri qeyd edib ki, onların da “xoşbəxt, təhlükəsiz və azad olmaq şansı olacaq”.
Fevralın 5-də Tramp fələstinlilər oradan qonşu ölkələrə köçürüldükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb. Amerika lideri İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında ABŞ-nin regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılması üçün məsuliyyət daşıyacağını vəd edib.
Gülayə Mecid