İmişli rayonunda yanğın hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Nurulu kəndində Fətulla Həsənova məxsus evdə qeydə alınıb. 

Ümumi sahəsi 81 kvadratmetr olan qamışdan ibarət birmərtəbəli 2 otaq və aynabənddən ibarət ev anidən yanıb. Yanğın yerinə İmişli rayon yanğından mühafizə xidməti cəlb olunub.

Yanğın nəticəsində 1 otağının yanar konstruksiyaları 36 kvadratmetr sahədə yanıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev