2024-cü ildə yerli özünüidarəetmənin təşkili və bələdiyyələrin formalaşmasının 25 ili tamam olub, yanvarın 29-na növbəti bələdiyyə seçkiləri təyin edilib.

"Unikal" xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik  məruzəsi” haqqında danışarkən bildirib. 

“Bələdiyyə fəaliyyətinə inzibati nəzarət çərçivəsində 102,831 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, onlardan 97%-i qanunvericiliyə uyğun hesab edilib. 2.5%-i isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə təklif olunub. Yəni, nəticədə 99838 aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan 2594 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib, 399 akt isə baxılmaqdadır”, - deyə nazir müavini bildirib.