Radikal müxalifət: dəyişməyən bolşevizm təfəkkürü, "Molotov kokteyli", "donoslu söz azadlığı" və "terminator fəlsəfəsi"
22:55 27-07-2013
CƏMİYYƏT
Radikal müxalifət: dəyişməyən bolşevizm təfəkkürü, "Molotov kokteyli", "donoslu söz azadlığı" və "terminator fəlsəfəsi"
Azərbaycan Respublikasında prezident seçkisi yaxınlaşdıqca, ölkəmizin milli siyasi məkanında iddialı görünən ayrı-ayrı siyasi qüvvələr, partiyalar fəallıq nümayiş etdirməyə cəhd göstərirlər. Əlbəttə ki, seçkilərə rəsmən start verilməsə də, artıq prezident seçkisində iştirak etmək üçün bəzi siyasi iddiaçılar, xüsusilə də, müxalifət düşərgəsində "hərəkətlənmələr" müşahidə olunur. Gah "El" hərəkatı, gah da Milli Şura yaradılır. Amma çox təəssüflər olsun ki, bu "hərəkətlilik" milli siyasi dəyərlərdən kənar, intellektual və kreativlik faktorlarından, həmçinin, sivil siyasi mübarizə metodlarından uzaq dağıdıcılıq formasında sezilir.
Bununla yanaşı, radikal müxalifətin siyasi mədəniyyət kasadlığı yaşaması onun ictimai qınaq obyektinə çevrilməsini də əsaslandırır.
Bütün sadalanan faktlar bir daha təsdiqləyir ki, Azərbaycanın inkişaf tarixinin 20 illiyi dönəmində təkcə dəyişməyən ünsür kimi radikal müxalifət qalıb.
Radikal müxalifət
birləşmiş marginal
qruplar və siyasi
dərnəklər
təsirini bağışlayır
Bu mənada Azərbaycanda müxalifətin acınacaqlı imici və vəziyyəti ortaya çıxır. Yəni, radikal müxalifətin rasional düşüncəli və kreativ yanaşma tətbiq edən institut kimi çıxış edə bilmədiyindən ancaq korporativ maraqlar ətrafında birləşmiş marginal qruplar və ya siyasi dərnəklər təsirini bağışlayırlar. Onların inkişaf etmiş demokratik cəmiyyətlərin müxalifət institutları kimi müasir siyasi metodlara, sivil mübarizə taktikasına istinad etməməsi və bütün fəaliyyətinin əsasında milli maraqların deyil, qrup mənafeyinin durması radikal müxalifətin konseptual olaraq, demokratik dəyərlərin və ideyaların daşayıcısı olmadığını isbatlayır. Əlbəttə ki, müxalifət institutunun əsas fəlsəfəsi dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi olsa da, təəssüflər olsun ki, Azərbaycanın müxalifət institutuna bu prinsiplər yaddır. Məhz, bu konteksdə radikal müxalifət dövlətçilik, etatizm ideyalarına xidmət etmək əvəzinə, Azərbaycanın gələcəyini düşünməyən "əyləc mexanizmi" qismində çıxış edir.
Çox təəssüflər olsun ki, Azərbaycanın radikal müxalifət qismi Azərbaycanın əleyhinə çevrilmiş, qərəzli dairələrin ölkəmizə qarşı istənilən zaman istifadə edə biləcəyi təzyiq alətinə də çevrilib. Bu əlbəttə ki, nəzəri fikir deyil, təcrübədə özünün mənfi əksini tapmış reallıqdır. Lakin hər dəfə olduğu kimi, bir daha intellekt və milli prinsipsizlik problemi yaşayan radikal müxalifətin siyasi-ictimai reallığı dərk edə bilməməsi nəticəsində fəaliyyətində sosial dəstək hiss olunmayıb. Elə İctimai Palatanın, "El" hərəkatının, Milli Şuranın düşdüyü aqibət bir daha söylənilənləri isbatlayır.
Bu, onunla bağlıdır ki, Azərbaycanda bu və ya digər qüvvələrin maddi-siyasi dəstəyilə dövlətin əsaslarının laxladılması dövrü artıq geridə qalıb. Məhz, kənar müdaxilələrin tarix boyu Azərbaycan dövlətçiliyinin qərar tuta bilməməsinin əsas səbəbi olduğundan bu gün siyasi şüur və siyasi mədəniyyət səviyyəsi yüksək olan cəmiyyətimiz "ölkənin gələcəyi onun keçmişində baş verənləri doğru dərk edənlərindir" prinsipinə əsaslanaraq, radikal müxalifətin anti-milli çağırışlarına cavab verməyib. Bu səbəbdən də, xalq hər dəfə dövlətçiliyə və milli maraqlara zidd addımlar atan və xarici siyasi qüvvələrin əlində təzyiq alətinə çevrilmiş radikal müxalifəti qəbul etmir.
Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli xəyanətkar iqtidara müxalifətdə idi. Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilmişdir".
Hətta, o zaman YAP-ın Sədri olmuş Ümummilli lider Heydər Əliyev dəfələrlə AXC-Müsavat hakimiyyətinə tövsiyələr verib, hətta, xalqı siyasi hakimiyyətin ətrafında birləşməyə belə çağırıb. Lakin AXC-Müsavat hakimiyyətinin yarıtmaz siyasətinə cavab olaraq, xalq cəmiyyətə səmərəli dövlətçilik konsepsiyası təqdim edən Yeni Azərbaycan Partiyasını hakimiyyətə gətirib.
Göründüyü kimi, YAP konstruktiv müxalifətçilik institutu təcrübəsini milli siyasi məkana təqdim edib, amma indiki radikal müxalifət bu təcrübədən yararlanmaq, hətta, onu öyrənmək belə istəmir. Bu cür qeyri-ciddilik nümayiş etdirən radikal müxalifətin təfəkküründə və davranışında irrasionallığın mövcudluğunun səbəbləri də qeyri-müəyyən qalır.
Radikal müxalifət
"meymun metodu"ndan əl çəkməlidir...
Hazırki vəziyyətdə radikal müxalifətin sivil müxalifət institutu kimi vəzifəsini yerinə yetirmədiyi reallıqdır. Kreativliyi və intellekti xarici qüvvələrin qrantlarına satmış radikal müxalifət bu günkü vəzifəsi kimi yalnız Azərbaycanın imicinə zərər vurmağı və uğurlarına kölgə salmağı görür. Bu isə onu göstərir ki, radikal müxalifət "terminatorluq" missiyasını üzərinə götürüb. Sivil müxalifət institutu kimi cəmiyyətə parlaq ideya təqdim etməyi bacarmayan radikal müxalifətin Azərbaycana uğur gətirmək də iqtidarında deyil.
Hazırda radikal müxalifətin səhvləri üzərində işləməməsi, eyni zamanda, xarici və yerli təcrübəni öyrənməkdən imtina etməsi onun iqtidara rəqib ola bilməməsinin digər səbəblərini də üzə çıxarmış olub.
Əlbəttə ki, belə vəziyyətdə müxalifət başqa yol seçməlidir. Əgər radikal müxalifət transformasiya prosesini keçmək və sivil mübarizə metodlarına yiyələnmiş konstruktiv müxalifət institutu kimi formalaşmaq niyyətində olsa, onlara "Siyasi partiyalar haqqında" Qanuna maliyyələşmə ilə bağlı edilmiş əlavə və dəyişikliklər kömək edə bilər. Çünki, bu dəyişikliklərə görə, partiyalar cəmiyyətə verdiyi töhfə və aldığı dəstəyə görə dövlətdən maddi dəstək alacaq. Bu maliyyələşmə ilə isə siyasi partiyalar xarici qərəzli dairələrdən asılı olmaz və konstruktiv müxalifət institutu kimi milli siyasi məkanda inkişafın təkanverici qüvvəsi rolunu oynaya bilərlər. Həmçinin, dövlət tərəfindən verilən maliyyə ilə müxalifət partiyaları da səmərəli fəaliyyət strategiyası qurmaq, dünya və yerli təcrübəni öyrənmək üçün "beyin mərkəzləri" qura bilərlər. Həmçinin, intellektin və kreativliyin əsas faktor kimi götürüləcəyi radikal müxalifət düşərgəsində "təfəkkür travması"ndan əziyyət çəkən rəhbərlərin daha konstruktiv mövqe tutan, milli maraqlara xəyanət etməyəcək gənclərlə əvəzlənə bilər. Bununla müasir ictimai-siyasi şərait imkan verir ki, radikal müxalifət müxalifətçiliyin nə olduğunu yenidən dərk etsin, milli siyasi məkanda konstruktiv transformasiya prosesini keçsin və dünyanın sivil müxalifət institutları kimi dövlətçiliyə və milli maraqlara xidmət edən ictimai əhəmiyyətli institut tək formalaşsın. Əgər belə olmasa, o zaman, bu günə qədər yaradılmış müxalifət birlikləri kimi Milli Şura da, onun tərkibində olan İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov, Rüstəm İbrahimbəyov və digərləri birdəfəlik tarixin arxivinə düşəcək.
Ramil Vəlibəyov
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00