Şimali Koreya lideri Kim Çen In dörd illik fasilədən sonra atasının və babasının mumiyalanmış qalıqlarının saxlandığı paytaxt Pxenyandakı Kumsusan Günəş Sarayını ziyarət edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, KXDR liderinin atası Kim Çen İrin doğum günü Şimali Koreyada Parlayan Ulduz Günü adlanan əsas bayram kimi qeyd olunur.

Mərasimdən sonra Kim Çen In 50 min yeni evin tikintisi layihəsinin yekun mərhələsinin təməlqoyma mərasimində iştirak edib.