Fevralın 17-də prezidentin köməkçisi Yuri Uşakov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ nümayəndələri ilə görüşmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcəklər.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

“Bu gün prezident Putinin tapşırığı ilə xarici işlər naziri Lavrov və prezidentin köməkçisi Uşakov Ər-Riyada uçurlar",-  o qeyd edib.

Kremlin sözçüsü bildirib ki, onların çərşənbə axşamı (18 fevral) amerikalı həmkarları ilə görüşü gözlənilir.

Peskov qeyd edib ki, tərəflər Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərin bərpasını, həmçinin Putinlə ABŞ prezidenti Donald Tramp arasında mümkün görüşü müzakirə edəcəklər.

Gülayə Mecid