Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Pircahan kəndi ərazisində qeydə alınıb.

Beton qarışdıran maşın yoldan çıxaraq aşıb. Qəza zamanı 1 nəfər xəsarət alıb. 

Faktla bağlı Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.

Anar Kəlbiyev