Rusiyaya qarşı üç ilə yaxın davam edən müharibə zamanı 46 mindən çox ukraynalı əsgər öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "NBC News"a müsahibəsində deyib.
"Bizim itkilərimizin sabit sayı var: 46 mindən çox hərbçi ölüb. İtkin düşmüş və ya əsirlikdə olan on minlərlə insan var. Və bu say dəqiq bilinmir, çünki itkin düşənlər ölü və ya əsirlikdə ola bilər".
Zelenskinin sözlərinə görə, Rusiyanın nəzarətinə keçən ərazilərdə dinc əhali arasında itkilərin sayını dəqiq müəyyən etmək mümkün deyil.
Ağarza Elçinoğlu