"2023-cü ildəki mitinlər zamanı hər gün 5-6 dəfə Bako Saakyan, Arkadi Qukasyan və digər insanlarla əlaqə saxlayırdım". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan mətbuat konfransında deyib. 

Köçəryan 2023-cü ildə meydanda keçirilən mitinqə niyə getmədiyinə də aydınlıq gətirib: "Bütün komandam orada idi. Elə şeylər var, indi deyə bilmərəm. O zaman mən onları (Hazırda Bakıda mühakimə olunan separatçılar nəzərdə tutulur - red.) oradan çıxarmaq üçün variantların tapılmasını təklif etdim. Vaxtı gələndə, bəlkə də, bu barədə daha açıq danışacam.

Onlar Bakıda məhkəmədə olmamalı idilər, Ermənistan Respublikası heç olmasa son bir neçə gündə onları oradan çıxarmaq üçün hər şeyi etməli, lazım gələrsə, vertolyot göndərməli, Rusiya sülhməramlı qüvvələri ilə razılaşmalı idi. Mən bu məsələni bu hakimiyyətlər olmadan həll etməyə çalışırdım".

Ağarza Elçinoğlu