Böyük Britaniyanın baş naziri Keir Starmer istənilən sülh sazişinin həyata keçirilməsini təmin etmək üçün Britaniya qoşunlarını Ukraynaya göndərməyə hazır olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Britaniya baş nazirinin “The Telegraph” qəzetində dərc olunan məqaləsində deyilir.

"Bu, təkcə Ukraynanın gələcəyi məsələsi deyil, bütün Avropa üçün həyati əhəmiyyət kəsb edir. Ukraynada uzunmüddətli perspektivdə onun suverenliyinə zəmanət verən davamlı sülhün təmin edilməsi Putini gələcəkdə növbəti təcavüzdən çəkindirmək üçün lazımdır". 

Ağarza Elçinoğlu