Xəbər verdiyimiz kimi, Türkiyənin Konya vilayətində yerləşən Səlcuq Universitetində tələbə Sağlamlıq Elmləri Fakültəsi dekanının köməkçisini güllələyib.

"Unikal"ın məlumatına görə, silahlı insidenti həyata keçirən tələbə Bestami Serdar hadisəni törətdikdən sonra intihar etməyə çalışıb. O, hazırda süni nəfəs aparatındadır. 

Güllələnən dekan köməkçisi Müjdat Yeşildal və digər bir nəfərin müalicəsi universitetin xəstəxanasında davam etdirilir. 

Hadisənin qiymət ortalaması üstündə baş verdiyi deyilir.

***16:20

Türkiyənin Konya vilayətində yerləşən Səlcuq Universitetində silahlı insident baş verib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, Sağlamlıq Elmləri Fakültəsinin müəllimini güllələyən tələbə daha sonra özünü də ölümcül yaralayıb. 

Yaralı müəllim universitetin Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilib. Onun dekan köməkçisi Müjdat Yeşildal olduğu məlum olub. Hadisəni törədən tələbə Bestami Serdarın vəziyyəti ağırdır. 

Polis qrupları hadisə yerində araşdırmalarını davam etdirir, hücumun səbəbi və hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir.

Ağarza Elçinoğlu