Ermənistanın hərbi hissələrindən birində hərbçi Sevak Vardanoviç Hovhannisyanın güllələnmiş meyiti tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, hadisə fevralın 17-də saat 09:20 radələrində baş verib.
Hadisənin aydınlaşdırılması üçün araşdırma aparılır.