Torontoda təyyarə qəzası baş verib.
"Unikal" xəbər verir ki, "Delta" aviaşirkətinə məxsus CRJ 900 sərnişin təyyarəsi yerli hava limanına enərkən çevrilib. Yaralılar var. İlkin məlumata görə, azı 8 nəfər xəsarət alıb. Hadisə yerində təcili yardım xidmətləri işləyir.