"Gürcülər birinci, avropalılar ikincidir".

"Unikal" xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili "Radio Courtoisie"yə müsahibəsində deyib. 

“Bizim avropalılarla çox ortaq cəhətlərimiz var – coğrafi məsafəmizə baxmayaraq xarakterimiz, şəxsiyyətimiz, dəyərlərimiz. Bizi Avropaya cəlb edən oxşarlıqlar bunlardır. Amma mən hesab edirəm ki, biz birinci gürcü, ikinci avropalıyıq. Çətinliklərə baxmayaraq, Gürcüstan öz yolundan dönməyib və öz dəyərlərindən əl çəkməyib”, - prezident qeyd edib.