Ermənistanda general-leytenant Tiran Xaçatryanın barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə həbs 10 milyon dram girov və ölkədən çıxış qadağası ilə əvəz edilib. 

Prokuror Xaçatryanın həbs müddətinin 3 ay uzadılmasını istəsə də, müraciət rədd edilib. 

Qeyd edək ki, o, 44 ​​günlük müharibə ilə bağlı iş üzrə həbs edilmişdi. 

Ağarza Elçinoğlu