Gürcüstanın Qardabani bələdiyyəsində azərbaycanlı iş adamının avtomobili yandırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. 

Məlumata görə, naməlum şəxs gecə saatlarında Ələzir İrzayevin evinin həyətinə girib. O, avtomobilin üzərinə benzin tökərək yandırıb. 

İş adamı bunu siyasi baxışları ilə əlaqələndirir və hücumun təşkilatçısı kimi kriminal avtoritet Elmuraz Məmmədovu göstərib. 

Yerli sakinlərin sözlərinə görə, Məmmədov daim pul tələb edir, onları qorxudur və hədələyir. 

Hadisə yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ağarza Elçinoğlu