"Rusiya və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında danışıqlar yaxşı keçib".
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrovla birlikdə görüşdə iştirak edən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında Rusiya ilə ABŞ arasında danışıqlar baş tutub. Rusiya tərəfdən isə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov gəlib.
ABŞ-ni dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edib.
Gülayə Mecid