Türkiyə silahlı qüvvələri İraqın şimalında PKK terrorçularına qarşı əməliyyat keçirib.

"Unikal" türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi rəsmi“X” səhifəsində məlumat paylaşıb.

Məlumata görə “Qara” və “Pəncə-Kilit” əməliyyatları çərçivəsində 2 PKK terrorçusunun yeri müəyyən edilib və zərərsizləşdirilib.

“Türkiyə əsgərlərinin terrora və terrorçulara qarşı qəhramancasına mücadiləsi davam edəcək”, - paylaşımda qeyd olunub.