Kanada hökuməti Rusiyanın Böyük Yeddilik (G7) qrupuna qayıtmasına qarşı çıxır.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu hazırda Brüsseldə səfərdə olan Kanada xarici işlər naziri Melani Coli onlayn brifinq zamanı bildirib.

O, bu mövzunu avropalı həmkarı ilə müzakirə etdiyini də qeyd edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Trump Rusiyanın 2014-cü ildə Krımın ilhaqından sonra G8-dən xaric edilməsini səhv adlandırıb. O, Moskvanın birliyə qayıtmasından məmnun olacağını da əlavə edib.